525.Az

Stohkolmda "Xocalı soyqırımı" sənədli filmi təqdim olundu


 

Stohkolmda "Xocalı soyqırımı" sənədli filmi təqdim olundu          <b style="color:red"></b>

Sentyabrın 16-da Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Azəbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyə dəstəyi ilə İsveç Krallığının paytaxtı Stohkolm şəhərindəki ABF Arbetamasın Bildningsförbund zalında “Azərbaycan Sovetlərdən sonra” seminarı keçirilib.

Tədbir İsveç-Azərbaycan Federasiyasının təşkilat dəstəyi ilə baş tutub.

Birliyin sədri Nazim Əhmədli seminarda Xocalı soyqırımı ilə əlaqədər məruzə edib.

Federasiyanın sədri Səttar Sevgin, Eluca Atalı, Səadət Kərimi, Mustafa Sönməz çıxış edərək Xocalı soyqırımı haqqında, erməni işğalçıları və onların havadarları barədə müzakirəyə qatılıblar.

ABF təşkilat və Təşkilatlanma kurslarının rəhbəri, professor Robert Rasmussen Nazim Əhmədliyə verdiyi geniş videomüsahibədə Azərbaycan haqqında və Qarabağ münaqişəsinə dair öz fikirlərini bildirib.

Sonra "Xocalı soyqırımı" sənədli filmi nümayiş olunub. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. 

Sonda N.Əhmədli tədbir iştirakçılarına Azərbaycan bayrağı hədiyyə edib.

 





18.09.2017    çap et  çap et