525.Az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Qarabağ bəyanatı


 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Qarabağ bəyanatı<b style="color:red"></b> Bu gün Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin yığıncağı keçirilib.
 
Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, yığıncaqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirləri və kollektiv təhlükəsizlik şuralarının katibləri də iştirak edib.
 
Toplantıda kollektiv təhlükəsizlik möhkəmləndirilməsi, kollektiv operativ əməliyyat qüvvələrinin sülhyaratma mexanizminin inkişafı məsələləri müzakirə  olunub. Toplantının sonunda imzalanan bəyanatda Suriya böhranı, İranın nüvə proqramı, Əfqanıstan ətrafındakı vəziyyət, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlərə münasibət yer alıb. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatında qeyd edilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə tənzimlənməsinin zəruriliyini vurğulayır, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin güc tətbiq edilmədən və təhdidə yol verilmədən BMT Nizamnaməsi və Helsinki aktına əsasən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüquqları çərçivəsində əsas prinsiplər üzrə tezliklə həllini zəruri sayır.
 
Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər, müdafiə nazirləri və təhlükəsiz şuralarının katibləri sülhyaratma əməliyyatlarının hüquqi bazası və praktik mexanizmləri barədə sənəd, o cümlədən 2013-cü ilin birinci yarısı, 2014-cü ilin ikinci yarısında  xarici siyasət, təhlükəsizlik və müdafiə sahələrində məsləhətləşmə planı da imzalanıb.
 





27.05.2013    çap et  çap et