525.Az

Necdet Ünivar Azərbaycan xalqını təbrik etdi


 

Necdet Ünivar Azərbaycan xalqını təbrik etdi<b style="color:red"></b> Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünivar Azərbaycan xalqını 28 May 1918-ci ildə Məmməd  Əmin Rəsulzadə tərəfindən elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 il dönümü münasibəti ilə təbrik edib. Təbrik mesajında deyilir:

“Qafqaz Türklərinin Osmanlı dövlətindən kömək istəməsi ilə İstanbul da ‘’Qafqaz İslam Ordusu’’ adlı əsgəri birlik yaradılaraq 25 May 1918-ci ildə Gəncə’ə göndərilir.

28 Mayda Tiflisde M.Ə.Rəsulzadə liderliyində  Azərbaycan Xalq Cumhuriyyəti elan edildi. Qafqaz İslam Ordusu 15 Sentyabr 1918-ci ildə Bakını işğaldan azad etdi.  Azərbaycannın paytaxtı Bakı elan olundu.
28 Aprel 1920 tarixində Azərbaycan Sovetler Birliyi tərəfindən işğal edilmiş olsa da, Sovetlər Birliyinin süqutundan sonra 1991-ci ildə təkrar müstəqilliyinə qovuşur.

Həmin ildən etibarən 28 May günü Azərbaycan Xalq Cumhuriyyəti Bayram olaraq qeyd edilir.

Azərbaycan və Türkiyə arasında əsrlərdən bəri davam edən dostluq qardaşlıq bağları hər keçən gün daha da güclənir. Azərbaycan Qafqazın parlayan ulduzu olaraq bütün dünyada tanınır. Bu münasibətlə, bütün  Azərbaycan Xalqını   səmimi qəlbdən təbrik edirəm”.
 





27.05.2013    çap et  çap et