525.Az

Mərkəzi Bank: "Kredit aktivliyi bərpa olunmayıb"


 

Mərkəzi Bank: "Kredit aktivliyi bərpa olunmayıb"<b style="color:red"></b>

2017-ci ilin ötən dövrü ərzində Azərbaycanda monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.
 
Azərbaycan Mərkəzi Bankından 525.az-a verilən məlumata görə, pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası hesabat dövründə 8%-dən çox artıb.
 
"Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur", - deyə məlumatda vurğulanıb.
 
Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlayıb: "Lakin bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub".
 
AMB-nin likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

 





19.09.2017    çap et  çap et