525.Az

Nikol Kidman həyat yoldaşının yanında başqası ilə öpüşdü


 

Nikol Kidman həyat yoldaşının yanında başqası ilə öpüşdü <b style="color:red"></b> Tanınmış Hollivud aktrisası Nikol Kidman “Emmi” mükafatı mərasimində yanında oturan həyat yoldaşına məhəl qoymadan tərəf müqabili Aleksandr Skasqardı dodağından öpüb. Kidmanın həyat yoldaşı bu öpüşə heç bir reaksiya verməyib.

525.az-ın xarici KİV-ə istinadən məlumatına əsasən, 69-cu “Emmi” mükafatlandırma mərasimində “Böyük kiçik yalan“ serialındakı roluna görə, Ən yaxşı qısa serial qadın oyunçusu seçilən N.Kidman qalibiyyətini serialdakı tərəf müqabilini öpərək qeyd edib.

Mərasimə həyat yoldaşı Keys Urban ilə birlikdə gələn 41 yaşlı astraliyalı aktrisa serialda həyat yoldaşını canlandıran və Ən yaxşı kişi oyunçu seçilən A.Skasqardı öpərək təbrik edib.

ABŞ mətbuatı Kidmanın həyat yoldaşının gözləri önündə tərəf müqabili ilə öpüşməsinə rəğmən, K.Urbanın buna reaksiya vermədiyini və qısanmadığını yazıb .Urban hətta bu hadisəni alqışlayaraq dəstəkləyib .

Xədicə RƏHMAN
 





19.09.2017    çap et  çap et