525.Az

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi başlayır


 

“Azərbaycanın İntellektual Birİncisi” layihəsi başlayır <b style="color:red"></b>

“Azərbaycanın İntellektual Birİncisi” yeni mövsümdə oyunlara başlayır.

“İrəli” İctimai Birliyindən verilən məlumata görə, “Azərbaycan İntellektual Birincisi” layihəsi artıq ikinci ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir
. Layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Ölkə başçısı İlham Əliyev hər zaman intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin özünü inkişaf etdirməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib və bundan irəli gələrək “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirmək və onların intellektual fəaliyyətinə yardımçı olmaq məqsədi ilə həyata keçirilən layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub. 2017-ci ildə planlaşdırılan layihə 2 mərhələdən ibarət olacaq. Hər iqtisadi rayon üzrə komandaların seçim turu keçiriləcək. Bu mərhələdə 4 intellektual yarış (Xəmsə, Nə? Harada? Nə zaman?, Axtar tap, Vətəni Tanı) növü üzrə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanacaqlar. Hər şəhər (rayon) üzrə maksimum 1 komanda yarışda iştirak edə bilər. 9 iqtisadi rayon üzrə ümumilikdə 70 şəhər-rayonu əhatə edən “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində 1000-dən artıq gəncin iştirak etməsi nəzərdə tutulur.

Ceyhun ABASOV

 





19.09.2017    çap et  çap et