525.Az

“Prezident gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır”


 

“Prezident gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır”<b style="color:red"></b>

“Prezident İlham Əliyev hər zaman Azərbaycanın gələcəyini düşünərək gənclərə xüsusi dəstək verir. Heydər Əliyev gənclərə necə dəyər verirdisə, bu gün ölkə prezidenti İlham Əliyev də ümummilli liderin idealogiyasına sadiq qalaraq ölkə gəncliyinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır”.
 
Bu sözləri politoloq Ramiz Alıyev prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı fikirlərini bildirərkən deyib.
 
Onun sözlərinə görə, gənclərlə bağlı imzalanan sərəncam, fərman və dövlət proqramları bütün bunlara əyani sübutdur: “Bütün dövrlərdə dünyanın hər bir yerində öz ölkəsinin gələcəyini düşünən müdrik liderlər gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıblar.

Hesab edirəm ki, prezident İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ölkəmizin bütün qurum və təşkilatlarında gənclərimizə uğurlu bir qapı açacaq. Bu bütün sahələrdə özünü göstərəcək”.

R.Alıyev bildirib ki, Azərbaycan Avropa dövlətləri və digər inkişaf etmiş ölkələrin bəzilərindən fərqli olaraq gənclər ölkəsi kimi tanınır: “Düşünürəm ki, gənclərlə bağlı qəbul olunan növbəti dövlət proqramı prezident İlham Əliyevin Azərbaycan gəncliyinə verdiyi böyük hədiyyədir”.

Ceyhun ABASOV

 





19.09.2017    çap et  çap et