525.Az

Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edəcək


 

Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın  21-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.

Dövlət komitəsindən verilən məlumata görə, qəbul Masallı şəhəri Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) saat 11:00-da keçiriləcək. Qəbulda Masallı, Cəlilabad, Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan dövlət komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Ceyhun ABASOV

 





19.09.2017    çap et  çap et