525.Az

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səy göstərməliyik"


 

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səy göstərməliyik"<b style="color:red"></b> Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir.
 
APA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı qeyd edib.
 
Dünyadakı münaqişələrdə sülhün təmin edilməsinin vacibliyinə toxunan Türkiyə prezidenti Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb: “Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını əsla unutmamalıyıq”.
 





20.09.2017    çap et  çap et