525.Az

"ÜAK-ın ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin diqqətinə çatdırılmışdı"


 

"ÜAK-ın ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin diqqətinə çatdırılmışdı"<b style="color:red"></b>

"Rusiya məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarı qüvvədə saxladı. Müəyyən ümidlər var idi ki, məhkənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq. Olundu və Bakıda bəzilərinin ümidi puça çıxdı. Bu o deməkdir ki, Rusiyanın hakim dairələrində Azərbaycana təzyiq etməyin tərəfdarı olan qrup güclüdür".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
 
Onun sözlərinə görə, bir neçə gün əvvəl Rusiyanın paytaxtında "Moskva-Bakı (oxu - Qafqazın) yeni geosiyasətinə doğru" adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı:
 
"Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular.
 
Konqresin qeydiyyatını ləğv edirlər və işğalçı Ermənistanı silahlandırırlar, sonra da konfransda bizimkilərə sual edirlər ki, "niyə Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmur?" Rusiyanın Azərbaycandakı "5-ci kolonunun" ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə sahiblərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də "işimizi" çətinləşdirirsən".

Ceyhun ABASOV

 





20.09.2017    çap et  çap et