525.Az

Aida İmanquliyeva yad edildi


 

Aida İmanquliyeva yad edildi<b style="color:red"></b>

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları sentyabrın 19-da İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva çıxış edərək 25 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolunda həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını vurğulayıb.
 
G.Baxşəliyeva Aida İmanquliyevanın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açıb, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi fəaliyyət göstərdiyini bildirib.

O, Aida İmanquliyevanın erkən vəfatının təkcə şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova Aida İmanquliyevanın Azərbaycan elmində qoyduğu silinməz izlərdən söz açıb, bu gün də həm ölkəmizdə, həm xaricdə görkəmli alimin elmi yaradıcılığının öyrənildiyini bildirib, onun ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində açdığı elmi yolun davamçılarından danışıb.

 





20.09.2017    çap et  çap et