525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Sentyabrın 21-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 40-45 % olacaq. 
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
 





20.09.2017    çap et  çap et