525.Az

Polşa prezidenti: "Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"


 

Polşa prezidenti: "Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir"<b style="color:red"></b> "Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər".
 
APA-nın “newsarmenian.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib.
 
S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və  Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.
 





20.09.2017    çap et  çap et