525.Az

“ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil”


 

“ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil”<b style="color:red"></b> “ABŞ prezidenti Donald Trampın BMT-də İranla bağlı çıxışı onun beynəlxalq müqavilələri və hüquq prinsipləri zəif bilməsindən qaynaqlanır”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib.
 
O bildirib ki, bu kimi çıxışlar onun sülhə zidd mövqeyinin göstəricisidir: “Tramp hələ də seçki ab-havasından çıxmayıb. Məsləhətçiləri ona xatırlatmalıdır ki, təbliğat xarakterli hərəkətlərin ölkələrin iradəsinə heç biri təsiri yoxdur”.
 
Ə. Şamxani qeyd edib ki, İran hüquqlarını qoruyur və Hollivud səs-küyündən təsirlənmir. “Beynəlxalq Nüvə Enerjisi Təşkilatı 7 dəfə İranın Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə öhdəliklərini yerinə yetirdiyini açıqlayıb. KİV vasitəsilə psixoloji müharibə apararaq  hansısa ittihamlar irəli sürməyin heç bir mənası yoxdur. ABŞ-ın HBFP planı ilə bağlı  mövqeyi onun beynəlxalq diplomatik prinsiplərə sadiq olmamasının göstəricisidir”.
 





20.09.2017    çap et  çap et