525.Az

"Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb"


 

"Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb"<b style="color:red"></b> Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb.
 
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır.
 
Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır. Nazirlik tələbələrə gələcək taleləri barədə indidən düşünməyi məsləhət görüb.
 





20.09.2017    çap et  çap et