525.Az

"2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox inkişaf edib"


 

"2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox inkişaf edib"<b style="color:red"></b> "Azərbaycan sosial və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edib. 2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatlı 3 dəfədən çox inkişaf edib, 1 milyon 600 min iş yeri yaradılıb. Ölkədə işsizliyin səviyyəsi 5-6 faizdir ki, bu da dünyada ən aşağı işsizlik göstəricilərindəndir".
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.
 
Dövlət başçısının sözlərinə görə, əsas prioritetlərdən biri yoxsulluğun aşağı salınması olub.
 
"2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən yuxarı idi. İndi isə bu rəqəm 5-6 faizdir. Xarici dövlət borcu ümumi daxili məhsuldan 20 faiz aşağıdır. Davos forumuna bağlı Beynəlxalq rəqabətlilik hesabatında Azərbaycan 2016-2017-ci illərdə 136 ölkə arasında  37-ci yeri tutub", - deyə Azərbaycan prezidenti vurğulayıb.
 





20.09.2017    çap et  çap et