525.Az

Putin prezident İlham Əliyevi təbrik etdi


 

Putin prezident İlham Əliyevi təbrik etdi<b style="color:red"></b>

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

525.az-ın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu! Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanıb. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilib.

Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtik və bütün işlərinizdə uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və rifah arzulayıram”.

 





27.05.2013    çap et  çap et