525.Az

Poroşenko Nyu-Yorkda Ərdoğanla görüşdü


 

Poroşenko Nyu-Yorkda Ərdoğanla görüşdü<b style="color:red"></b> Sentyabrın 20-də Nyu-Yorkda Ukrayna prezidenti Petro Poroşenko və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
 
APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibliyinin açıqlamasında bildirilir.
 
Söhbət zamanı tərəflər Kiyevdə keçiriləcək Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 6-cı toplantısına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
Məlumata görə, Türkiyə prezidenti bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
 
Qeyd edək ki, Poroşenko və Ərdoğan Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak ediblər.
 





21.09.2017    çap et  çap et