525.Az

Bakıda avtomobil tunelə aşdı


 

Bakıda avtomobil tunelə aşdı<b style="color:red"></b>

Hadisə nəticəsində yaralananlar var.

Babək prospektində, köhnə "Ramstore"in qabağında "Niva" markalı avtomobil qəza törədib. "525"in əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq tunelə aşıb.

Şahidlər avtomobilin yol polisi tərəfindən təqib olunduğunu desələr də, ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları bunu təkzib ediblər.

Faktla bağlı hadisə yerində araşdırma aparılır.

İ.Tağıyev

 





27.05.2013    çap et  çap et