525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b>

Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə 75-85 %, gündüz 35-40 % olacaq.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

 





21.09.2017    çap et  çap et