525.Az

Tramp Afrikada yeni ölkə “yaratdı”


 

Tramp Afrikada yeni ölkə “yaratdı”<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp BMT Baş Assambleyasında Afrika ölkələrinin liderləri önündə çıxışı zamanı mövcud olmayan ölkənin adını çəkib.

Rusiya mətbuatının xəbərinə görə, D.Tramp Afrika ölkələrindən Qvineya, Nigeriyada Ebola virusu haqqında danışıb.

Ölkə başçısı çıxışı zamanı mövcu olmayan bir dövlətin - "Nambiya"nın səhiyyə sisteminin inkişaf etdiyini qeyd edib.

Qeyd edək ki, prezidentin "Namibiya" yerinə "Nambiya" deməsi sosial şəbəkələrdə rişxəndə səbəb olub.

Zeynəb ƏKBƏR

 





21.09.2017    çap et  çap et