525.Az

Məşhur türk serialının aktyorları Bakıda


 

Məşhur türk serialının aktyorları Bakıda<b style="color:red"></b>

Məşhur türk serialı "Zəngin qız, kasıb oğlan" serialının rejissoru və ssenari müəllifi, eləcə də serialın oyunçuları artıq Bakıdadırlar.

TRT-nin Bakı təmsilçisi Yüksəl Degercanın 525.az-a verdiyi məlumata görə, Türkiyənin ən məşhur rejissorlarından olan Birol Güven və aktyorlardan Hüseyn Avni Danyal, Ufuk Özkan və Azərbaycanın sevilən sənətçisi Sənubər İsgəndərli ilə 28 may, saat 18.30 Park Bulvar Ticarət Mərkəzinde imza günü təşkil ediləcək.

Bununla yanaşı Türkiyə Cumhuriyyəti Bakı Səfirliyində 29 May saat 16.00-da kokteyl təşkil ediləcək.

Bütün KİV əməkdaşları çəkiliş qrupu ilə bərabər imza günü və səfirlikdəki kokteylə dəvətlidirlər.

 





27.05.2013    çap et  çap et