525.Az

Açıq Kitabxanada Musiqi Günü ilə bağlı sərgi


 

Açıq Kitabxanada Musiqi Günü ilə bağlı sərgi <b style="color:red"></b>

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş kitab sərgisinin təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günündə qeyd edilən bu əlamətdar tarixin əhəmiyyətindən danışıb, 10 ilə yaxındır ki, Milli Kitabxananın da bu işdə fəal iştirak etdiyini vurğulayıb.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev  Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi Üzeyir bəyin milli musiqi xəzinəmizə verdiyi töhfələrdən söz açıb. Bu əlamətdar gün  münasibətilə müxtəlif mədəniyyət, təhsil müəssisələrində keçirilmiş və keçiriləcək tədbirlər haqqında məlumat verib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

 

 





21.09.2017    çap et  çap et