525.Az

Azər Hüseynbalanın ürək damarına stend qoyuldu - Yenilənib


 

Azər Hüseynbalanın ürək damarına stend qoyuldu - <b style="color:red">Yenilənib</b> İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
 
Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.

Hazırda onun vəziyyəti normal qiymətləndirilir.
 
*** 11:33
 
Tanınmış jurnalist Azər Hüseynbala infarkt keçirib.
 
Bu barədə APA-ya jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
 
Jurnalist bu gün əməliyyat olunacaq.
 





21.09.2017    çap et  çap et