525.Az

Türkiyənin eks "first-lady"si vəfat etdi


 

Türkiyənin eks "first-lady"si vəfat etdi<b style="color:red"></b>

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı Nazmiyə Dəmirəl bu gün vəfat edib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Nazmiyə Dəmirəl Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə 1948-ci ildə ailə həyatı qurub. 1993-cü ildə S.Dəmirəlin prezident seçilməsiylə ölkənin birinci xanımı olan N.Dəmirəl 2005-ci ildən bəri "alzheimer" xəstəliyindən müalicə olunurdu.

Paytaxt xəstəxanasında müalicə alan eks "first-lady" bir neçə saat əvvəl həyatını itirib.

 





28.05.2013    çap et  çap et