525.Az

İTV-nin loqosu dəyişdi


 

İTV-nin loqosu dəyişdi<b style="color:red"></b> İctimai Televiziya loqosunu dəyişib. Lent.az-ın məlumatına görə, mayın 28-i saat 00-dan etibarən kanal yeni loqosu ilə efirə çıxır. İctimai kanalın yeni loqosunda da əvvəlki kimi Azərbaycan bayrağının rəngləri öz əksini tapır. Lakin budəfəki loqo üzərində “itv” sözü daha aydın və anlaşıqlı formadadır. Loqo ekranın sağ yuxarı küncündə üfiqi istiqamətdə yerləşir. 
 
Qeyd edək ki, bu yaxınlarda İctimai televiziyada rəhbər dəyişikliyi baş verib. İsmayıl Ömərovun yerinə Cəmil Quliyev bu kanalın baş direktoru vəzifəsinə seçilib.
 





28.05.2013    çap et  çap et