525.Az

Terim federasiyadan 3.5 milyon avro tələb etdi


 

Terim federasiyadan 3.5 milyon avro tələb etdi<b style="color:red"></b>

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasına (TFF) xəbərdarlıq edib.

Qol.az-ın "Hüriyyət"ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis rəsmi müraciət edərək, bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün  1 illik maaşının ödənilməsini istəyib.

 64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon avro göstərilib. Müqaviləsinin bitməsinə 16 ay qalmış vəzifəsindən göndərilən Terim federasiyadan  12 ayın təzminatını - 3.5 milyon avro istəyib.

Qeyd edək ki, F. Terimin istefaya göndərilməsindən  sonra  millidə baş məşqçi vəzifəsinə Mirça Luçesku gətirilib.

 





22.09.2017    çap et  çap et