525.Az

Yolun ortasındakı 14 illik ev satıldı


 

Yolun ortasındakı 14 illik ev satıldı <b style="color:red"></b> Çinli ailə 14 il yolun ortasında yerləşən evdə yaşadıqdan sonra, nəhayət ki, evi satmağa razı olub. Evi alan hökumət işçiləri binanı saat yarıma tamamilə söküb qurtara biliblər.

“Shanghaiist”in xəbərinə görə, 87 yaşlı Xu Yonqtao adlı şəxs 8 nəfərin yaşadığı evini keçən il 2.3 milyon yuan və 4 yeni mənzil qarşılığında satmağa razılaşdıqdan sonra ailə qərarını dəyişib.

3 mərtəbəli bina 14 ildir ki, “Hu Ting Bei” yolunun ortasında yerləşirdi. Evlərinin yanından yol keçən ailə onlara təklif edilən məbləğdən razı qalmadıqları üçün köçməkdən imtina edirdilər.

Keçən 10 il ərzində Xu ailəsi şəhər bələdiyyəsi ilə razılaşa bilməyib.

Hər iki tərəfin iştirak etdiyi növbəti görüşdə Xu ailəsinə ödəniləcək məbləğin miqdarı müəyyənləşdirilib və tərəflər arasında razılıq əldə olunub.
 
Xu ailəsinin üzvləri də yolun ortasında yaşamağın çətin olduğunu deyərək razılığın əldə olunmasına sevindiklərini bildiriblər.
 
Ailənin kürəkəni Zhang Xinguo ərazidə dəfələrlə ciddi yol qəzalarının şahidi olduğunu söyləyib.

XƏDİCƏ
 





22.09.2017    çap et  çap et