525.Az

AB ölkələri Suriya müxalifətinə silah satacaq


 

AB ölkələri Suriya müxalifətinə silah satacaq<b style="color:red"></b>

Avropa Birliyinin xarici işlər nazirləri suriyalı müxaliflərə silah embarqosunu ləğv edib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, AB üzvlərinin çoxu mayın 31-də müddəti başa çatan Suriyaya silah embarqosunun müxalifət üçün yumşaltma şərtiylə uzadılmasının tərəfdarı olsa da, İngiltərə və Fransanı razı sala bilməyiblər.

Müxalifətin silahlandırılmasını istəyən London və Parisin qərarlı mövqeyi nəticəsində embarqo iyunun 1-dən ləğv edilib. Üzv ölkələr avqust ayına qədər Suriyaya silah göndərməməklə bağlı öhdəlik götürüblər. AB xarici işlər nazirləri Suriyaya yalnız dinc əhalinin qorunması məqsədilə Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasına silah satışı həyata keçirilməsi, silahların başqa əllərə keçməsi ehtimalına qarşı lazımi tədbirlərin görülməsi və silah satışı lisenziyalarının bir-bir verilməsi məsələsində razılığa gəliblər.

AB-nin xarici siyasət komissarı Ketrin Eşton qərarı avqustun 1-də yenidən gözdən keçirəcəklərini bildirib.

 





28.05.2013    çap et  çap et