525.Az

Xədicə İsmayıl məhkəməyə müraciət etdi


 

Xədicə İsmayıl məhkəməyə müraciət etdi<b style="color:red"></b> Jurnalist Xədicə İsmayılın ölkədən çıxışa qadağanın götürülməsi ilə bağlı yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edib.
 
APA-nın xəbərinə görə, X. İsmayıl iş üzrə sənədləri bu gün məhkəməyə təqdim olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl X. İsmayıl ölkədən çıxışına qadağanın götürülməməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Şikayət təmin edilməyib.
 
X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə X. İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
 





22.09.2017    çap et  çap et