525.Az

Güclü yağış Qusarda ciddi fəsadlar yaradıb


 

Güclü yağış Qusarda ciddi fəsadlar yaradıb<b style="color:red"></b>

Ötən gün Qusar rayonuna yağan güclü yağış bir sıra fəsadlar yaradıb.

APA-nn Şimal bürosunun verdiyi məlumata görə, güclü yağış bir neçə fərdi yaşayış evinə zərər vurub. Qusar şəhər, Əzizbəyov küçəsində bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, su nasoslarından istifadə edilərək evlər və həyətyanı sahələr yağış sularından təmizlənib.
 
Quba Regional Hidrometeorologiya idarəsindən APA-ya verilən məlumata görə, Quba və Qusarın müxtəlif ərazilərinə 21 mm-dən 35 mm-dək yağıntı düşüb. Quruçay və Qudyalçayda suyun səviyyəsi 14 sm artıb.

 





28.05.2013    çap et  çap et