525.Az

"Ölkəmiz Laçını zəbt etmək üçün Ermənistana kömək etdi"


 

"Ölkəmiz Laçını zəbt etmək üçün Ermənistana kömək etdi"<b style="color:red"></b>

“Bizim ölkəmiz Laçını zəbt etmək üçün Ermənistana yardım etdi”. Belə bir açıqlama ilə Rusiyanın məşhur politoloqu Sergey Kurginyan çıxış edib. O, İrəvanda çıxışı zamanı bildirib ki, Rusiya və Ermənistan bir-birilərinə daha çox etibar etməlidir.

"Ölkələr arasında dialoq ləngiyir. Belə məntiqin etimad məntiqinə dönməsi üçün nəyəsə qayıtmaq lazımdır. Bu isə etimada qayıdışdır",- deyə rusiyalı politoloq bildirib. Onun sözlərinə görə, elə etmək lazımdır ki, Ermənistan Rusiyaya doğma olsun.

Daha sonra Kurginyan bəzi etiraflar edib: "Qarabağa dəstəyə gəldikdə isə hamı kifayət qədər məlumatlıdır və ona görə demək lazım deyil ki, burada Rusiyanın payı yoxdur. Belə demək nəyə lazımdır!? Laçında rusların əli olmayıb?! Siz buna əminsiniz? Bundan artığını şərh etməyəcəyəm. Məni eşidən eşidib".

Kifayət qədər qəribə vəziyyətdir. Rusiyalı ekspert məlumatlı adamdır. Bu isə o deməkdir ki, nəinki Xocalı və Laçın, bəlkə də Şuşanı da ermənilər Rusiyanın köməkliyi ilə ələ keçiriblər.

Cəfəngiyyatdır. Bir tərəf o birisinə torpaqları zəbt etməyə kömək edir. Daha sonra isə münaqişə tərəfli arasında vasitəçi olur və münaqişənin sülh yolu ilə həll olunması üçün mübarizə aparıb. Bizə belə bir vasitəçi lazımdırmı? Çox böyük sualdır.

anspress

 





28.05.2013    çap et  çap et