525.Az

Milli Şuranın elanı təxirə salındı


 

Milli Şuranın elanı təxirə salındı<b style="color:red"></b> Müxalifət Milli Şuranın elan olunmasını növbəti dəfə təxirə salıb. APA-nın məlumatına görə, bu barədə bu gün Novxanıda Məmməd Əmin Rəsulzadənin heykəli önündə 28 May - Respublika Günü ilə əlaqədar müxalifət partiyaları tərəfindən keçirilən tədbirdə bildirilib.
 
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, Milli Şuranın bu gün elan olunması planlaşdırılsa da, müəyyən səbəblərə görə bu, təxirə salınıb: “Bu gecə  məşvərət keçirildi və qərara alındı ki, bəzi razılaşdırılmayan məqamlar üzündən Milli Şuranın bu gün elan olunması təxirə salınsın. Həmin məqamlar tezliklə razılaşdırılacaq və Milli Şura yaxın günlərdə elan olunacaq”.
 
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Teymurxan, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və digərləri də Milli Şuranın yaradılmasının və Azərbaycan müxalifətinin birləşərək ümumxalq hərəkatına keçirilməsinin vacibliyindən danışıblar.
 





28.05.2013    çap et  çap et