525.Az

Suriyada Rusiya generalı həlak oldu


 

Suriyada Rusiya generalı həlak oldu<b style="color:red"></b> Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.
 
V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.
 





25.09.2017    çap et  çap et