525.Az

"Neftçi" "Qəbələ"yə də uduzdu


 

"Neftçi" "Qəbələ"yə də uduzdu<b style="color:red"></b>

Topaz Premyer Liqada bu gün altıncı tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, sonuncu oyun günündə cəmi bir görüş keçirilib.

Günün yeganə matçı Qəbələdə oynanılıb. Eyniadlı komanda "Neftçi"ni sınağa çəkib və 2:1 hesabı ilə qalib gəlib. Bununla da Roman Qriqorçukun komandası 3-cü pillədəki yerini möhkəmləndirib.

"Neftçi" isə bu mövsüm 5-ci məğlubiyyətini alıb.

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (bazar)

18:00. “Qəbələ” - “Neftçi” - 2:1
Qollar
: Stiven Monroz, 4 (1:0), Dabo, 40 (2:0), Namiq Ələsgərov, 49 (2:1)
Qırmızı vərəqə: Stiven Jozef Monroz, 90+4 ("Qəbələ")
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

22 sentyabr (cümə)

“Qarabağ” - “Sumqayıt” - 4:1

23 sentyabr (şənbə)

“Zirə” - “İnter” - 1:1

“Səbail” - “Kəpəz” - 1:0

 





24.09.2017    çap et  çap et