525.Az

Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı


 

Almaniyada parlament seçkilərinin yekun nəticələri açıqlandı<b style="color:red"></b> Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya MSK-nın məlumatında bildirilir.
 
Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.
 
Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) ,  Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.
 
Qeyd edək ki, Sosialist Demokrat Partiyası 1949-cu ildən bəri ən aşağı nəticə göstərib. Miqrantlara qarşı sərt mövqeyi ilə seçilən sağçı Almaniya üçün Alternativ Partiyası isə tarixində ən yüksək göstəriciyə nail olub. Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək.
 





25.09.2017    çap et  çap et