525.Az

Zaqatalada meşə yanğını söndürüldü


 

Zaqatalada meşə yanğını söndürüldü<b style="color:red"></b>

Zaqatalada yüksək dağlıq-meşəlik ərazidə baş verən yanğın tam söndürülüb.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 24-də saat 18:10 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində başlayan yanğın bu gün saat 06:45 radələrində tam söndürülüb.

Yanğın nəticəsində 3 hektar dağlıq-meşəlik ərazidə xəzəl, kol-kos, quru ot, qurumuş ağac budaqları və qismən qurumuş ağaclar yanıb.
 
Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri, ETSN-in Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər iştirak edib.
 
Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 





25.09.2017    çap et  çap et