525.Az

Şəkidə “Avropa şəhərciyi” sərgisi baş tutdu


 

Şəkidə “Avropa şəhərciyi” sərgisi baş tutdu<b style="color:red"></b>

Sentyabr ayının 23-də Şəkidə Yuxarı Baş Dövlət Mühafizə qoruğunda Avropa İttifaqı ölkələrinin maraqlı sərgisi keçirilib.

Sərgi bitdikdən sonra Şəki Mərkəzi Kitabxanasının qarşısında möhtəşəm konsert proqramı keçirilib.
 
Konsertdə Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, "Səs Azərbaycan" yarışmasının iştirakçıları- Emiliya Yaqubova , Nərmin Kərimbəyova  və digər ifaçılarımız çıxış ediblər.

Həmçinin layihə çərçivəsində “Avropa Avtobus Turu” nun nümayəndələri Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialında olublar. 18 ölkə səfirliyinin nümayəndələrinin iştirakı ilə “Tolerantlıq və multikulturalizm” mövzusunda tələbə debatı keçirilib. “Azərbaycanda tolerantlıq”, “Şəki Azərbaycan cənnətidir”, “İslam dinində multikulturalizm” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, “Avropa Avtobus Turu 2017” layihəsi 19 sentyabrdan etibarən  Azərbaycanın şimal-qərb bölgəsində - İsmayıllı, Zaqatala, Qax və Şəkidə maraqlı tədbirlər silsiləsi həyata keçirib.

Xədicə RƏHMAN

 





25.09.2017    çap et  çap et