525.Az

5 saylı xəstəxananın baş həkimi vəfat etdi


 

5 saylı xəstəxananın baş həkimi vəfat etdi<b style="color:red"></b> Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib.
 
APA-nın xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.
 
Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.
 
Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib.
 
Z. Əsədovla bu gün günorta saat 15:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
 
Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.
 





25.09.2017    çap et  çap et