525.Az

Prezident İlham Əliyev “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunda çıxış edib


 

Prezident İlham Əliyev “Gələcəyə baxış” ABŞ-Azərbaycan Forumunda çıxış edib<b style="color:red"></b>

Bu gün Bakıda "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumu işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edib.

Tədbir çərçivəsində ingilis dilində Azərbaycana aid sənədli film nümayiş etdirilib.

Forum çərçivəsində "ABŞ-Azərbaycan Strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri", "Enerji təhlükəsizliyi - Xəzər dənizindən Avropaya doğru: dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası: Cənubi Enerji Dəhlizinin yeni perpektivləri", "Azərbaycan Şərq və Qərb arasında", "Avrasiya təhlküəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda sessiyalar, eləcə də "ABŞ-nın daxili və xarici siyasəti", "Qadınların dövlət idarəçiliyində liderlik rolu", "Qara qızılın insan kapitalına çevrilməsi: Azərbaycanın gələcəyinə investisiyalar", "Azərbaycan qlobal strateji yolayrıcında", "ABŞ və onun müttəfiqləri - ümumi baxışlar və ortaq dəyərlər", "Ağ ev, xalq və dünya" mövzusunda xüsusi sessiyalar keçiriləcək.

Yekun sessiya isə "Azərbaycan-ABŞ strateji münasibətləri: atılacaq növbəti addımlara doğru" mövzusuna həsr olunacaq.

 





29.05.2013    çap et  çap et