525.Az

Ədəbiyyat dünyasına ilham verən 10 şəhər - Siyahı


 

Ədəbiyyat dünyasına ilham verən 10 şəhər - <b style="color:red">Siyahı </b>

Dünya ədəbiyyatına istiqamət verən yazıçıların çoxu yaşadığı şəhərin mədəniyyətindən, tarixindən təsirlənib.

525.az həmin şəhərlərdən bəzilərini təqdim edir:



1. Edinburq, Şotlandiya

Atmosferi ilə göz oxşayan bu şəhər 500-ə qədər romana ilham mənbəyi olub. Yazıçılar Muzeyinin də yerləşdiyi Edinburqda anadan olan yazıçılar arasında Volter Skot, Robert Stivenson kimi məhşur ədəbiyyatçılar yer alır.



2.Dublin, İrlandiya

İrlandiyanın paytaxtı Dublində ədəbiyyat hər yerə yayılıb. Ceyms Coysun məhşur romanı “Ulis”in baş qəhrəmanı Leopold Blumun Dublində gəzdiyi yerləri izləyərək bu şəhəri daha yaxından tanıya bilərsiniz. Əgər bu şəhərə yolunuz düşsə Triniti Kollecindəki kitabxananı da ziyarət etməyi unutmayın.



3. Havana, Kuba

Şəhər incəsənəti ilə küçə musiqisini özündə birləşdirən Kuba şübhəsiz ki, bir çox yazıçılar üçün ilham mənbəyi olub. Amerikalı yazıçı Ernest Heminquey ömrünün böyük bir hissəsini burada keçirib. Şəhəri gəzərkən yazıçının burada yerləşən ev muzeyini də ziyarət edə bilərsiniz.



4. Buenos-Ayres, Argentina 

Bu şəhərin dadını məşhur San Telmo və Palermo kafelərində qəhvənizi içərkən ala bilərsiniz. Dünya ədəbiyyatına istiqamət verən yazıçılardan olan Xorxe Luis Borxesin davamlı müştərisi olduğu kafeyə getmək istəyənlər "Kafe Tortoni"ni ziyarət edə bilərlər. Borxesin məhşur “Alef” hekayəsində yer alan ev də məhz bu şəhərdə yerləşir.



5. Sankt-Peterburq, Rusiya

Neo-klassik üslubda inşa edilmiş, Rusiyanın qərbində yerləşən bu şəhərə getdiyinizdə küçələrin adları sizə tanış gəlirsə, böyük ehtimalla, rus ədiblərinin əsərlərini oxumusunuz. Qoqol, Dostoyevski, Turgenev kimi məhşur yazıçıların romanlarının mövzusu olan Peterburq eyni zamanda Puşkin və Nabokov muzeyləri ilə diqqəti cəlb edir.



6. San-Franisko, Amerika Birləşmiş Ştatları

Bu şəhəri ədəbiyyat sahəsində məşhur edən Siti Layts Buks adlı kitab mağazasıdır. Mağaza sahibi Ferlinqhettinin Allan Ginqsberqin “Ulama” adlı şeir kitabını çap etməsi nəticəsində Bit cərəyanı yaranıb.



7. Praqa, Çexiya

Praqanın ədəbiyyat baxımından əhəmiyyətini artıran məqamlardan biri Çexiyanın ilk prezidenti Vaklav Havelin siyasətçi olmaqla yanaşı, eyni zamanda, pyes yazması olub. Bundan əlavə, şəhərin adı çəkiləndə ilk yada düşən yazıçılardan biri olan Franz Kafkanın Praqada muzeyi yerləşir.



8. Mexiko, Meksika

Cek Kerouakın məhşur “Yolda” romanının bir hissəsində yer alan Mexikoda Villiam Zona Roza barda səhvən həyat yoldaşına atəş açaraq onu öldürüb. Məhşur rəssamlara da ev sahibliyi etmiş bu şəhərdə yerləşən “Museo de San İldefenso”da Diyeqo Riveranın, “Coyoacan House”da isə, Frida Kalonun əsərlərinə baxmaq mümkündür.



9. London, İngiltərə

Londonun ədəbiyyatla bağlılığı Çarlz Dikenz-dən Virciniya Vulfa qədər uzanır. Londonda olarkən siz Çarlz Dikenzın Blumzböridəki muzeyinə, həmçinin, detektiv hekayələrinin baş qəhrəmanı Şerlok Holmsun Beyker strit-də yerləşən “evini” ziyarət edə bilərsiniz.



10. Santyaqo, Çili

Xalqın  şairi olaraq tanınan Pablo Neruda qarışıq romantik münasibətləri ilə diqqət çəkib. Hal-hazırda muzey olaraq istifadə edilən Şazkonadakı evində həm ona ilham mənbəyi olan qadına, həm də sevgilisinə görüş təyin etdiyi deyilir. Siz həmçinin burada “Museo Nacional de Bellas Artes” dəki həftəsonu endirimdəki kitablardan yararlana və Kafe Literairoda ləzzətli qəhvə içə bilərsiniz.

Xədicə RƏHMAN

 





25.09.2017    çap et  çap et