525.Az

Rusiyanın ən kriminal regionları


 

Rusiyanın ən kriminal regionları<b style="color:red"></b> Rusiyanın kriminal regionlarının reytinq cədvəli hazırlanıb.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Federasiyası Baş Prokurorluğunun saytında yerləşdirilib.
 
Rusiyanın ən çox cinayət törədilən regionlarının reytinq cədvəlinə Moskva başçılıq edir. Bu ilin yanvar-iyun ayları ərzində paytaxt Moskvada 72 minə yaxın cinayət törədilib. İkinci yerdə isə 41,5 min cinayətlə Moskva vilayəti qərarlaşıb.
 
Rusiyanın üçüncü kriminal regionu isə Krasnodar əyaləti. Bu ilin ilk altı ayında Krasnodarda 33,5 min cinayət törədilib. Reytinq cədvəlində dördüncü və beşinci yerləri Çelyabinsk vilayəti və Başqırdıstan Respublikası bölüşdürüb.
 
Kriminal regionların ilk “onluğu”na Rostov, Tümen, Sverdlovsk, Kemerovo vilayətləri və Tatarıstan Respublikası da düşüb.
 





25.09.2017    çap et  çap et