525.Az

Ermənistan parlamentinin sədri Gürcüstandadır


 

Ermənistan parlamentinin sədri Gürcüstandadır<b style="color:red"></b> Gürcüstan və Ermənistan parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze erməni həmkarı Ara Babloyanla keçirdiyi görüşdən sonra deyib.
 
“Şadıq ki, Gürcüstan və Ermənistan arasında münasibətlər dinamik inkişaf edir və məhsuldardır. Gürcüstan üçün qonşu ölkələrlə tərəfdaşlıq və dostluq münasibətlərinin qurulması əsas prioritetlərdən biridir”, - deyə o, söyləyib.
 
Erməni spiker A. Babloyan  isə öz növbəsində qeyd edib ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə keçib: “Bu gün ölkələr arasında müxtəlif sahələrdə münasibətlər dinamik inkişaf edir. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlar var. Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivkləri müzakirə olunub”.
 





25.09.2017    çap et  çap et