525.Az

İstanbul metrosunda yanğın


 

İstanbul metrosunda yanğın<b style="color:red"></b> İstanbulun Bakırköy rayonunda "Ataköy" metrostansiyasında yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.
 
Yanğının nədən baş verdiyi bilinmir.
 
Hadisə zamanı xəsarət alan və ya ölənlərlə bağlı hələlik məlumat yoxdur.
 
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 





25.09.2017    çap et  çap et