525.Az

Le Monde: "Əsəd kimyəvi silahdan istifadə edib"


 

Le Monde: "Əsəd kimyəvi silahdan istifadə edib"<b style="color:red"></b>

Suriyada rejimə bağlı qüvvələrin kimyəvi silahdan istifadə edib-etmədiyinə dair mübahisələr davam edərkən Fransada çıxan "Le Monde" qəzeti bu iddiaları sübuta yetirən görünüşləri dərc edib.

Aprel və may aylarını Suriyada keçirən fransız jurnalist Jan Filip Remi və fotoqraf Loren Van der Stokt Əsədə bağlı qüvvələrin müxalifətə qarşı dəfələrlə kimyəvi silahdan istifadə etdiyini bildiriblər.

Qəzet kimyəvi silahdan ilk dəfə aprelin 11-də Suriyanın paytaxtı Dəməşqin mərkəzinə ən yaxın qəsəbələrdən olan Jobarda istifadə edildiyini yazıb.

Fransız fotoqraf Loden Van der Stokt da aprelin 13–də Əsəd güvvələrinin kimyəvi silahdan istifadə etməsinə şahid olduğunu bildirib. Fotoqraf qaza məruz qalan müxalif gücləri şəxsən müşahidə etdiyini, özünün də 4 gün ərzində tənəffüs çətinliyi çəkdiyini açıqlayıb.

Xəbərdə suriyalı bir həkim də kimyəvi qaza məruz qalan xəstələrdən bəhs edib. Həkim "Bizə müraciət etdikləri vaxt nəfəs almaqda çətinlik çəkirdilər. Bəziləri qusurdu. Heç biri eşitmir və danışmırdı. Təcili müdaxilə etməsək, öləcəkdilər" deyib.

Fransız jurnalistlər Dəməşq ətrafında kimyəvi qazların istifadə edildiyinə dair bir çox dəlil əldə etdiklərini vurğulayıblar.

Fransanın xarici işlər naziri Loren Fabius da Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair güclü dəlillər tapıldığını söyləyib.

 





29.05.2013    çap et  çap et