525.Az

Masallıda güclü külək ciddi fəsadlar törətdi


 

Masallıda güclü külək ciddi fəsadlar törətdi<b style="color:red"></b> Masallıda güclü külək ciddi fəsadlar törədib.
 
Bu barədə APA-nın cənub bürosuna Masallı Memarlıq və Tikinti şöbəsinin müdiri  Abbas Mikayılov məlumat verib. Onun sözlərinə görə, güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobil uçqun altında qalıb. Bu gün binanın dam örtüyü yenidən bərpa olunacaq. Hazırda ərazi ağır texnika və canlı qüvvənin köməkliyi ilə təmizlənir.
 
Bundan başqa güclü külək Masallı şəhərində beş ədəd iri gövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan dəyib. 110 kilovatlıq yarımstansiyada baş verən qəza nəticəsində transformatorlar sıradan çıxıb.
 
Hazırda bir neçə kənd və rayonun bir hissəsi elektrik enerjisiz qalıb. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
 





26.09.2017    çap et  çap et