525.Az

“ABŞ Konqresi Azərbaycanla əlaqələrə daha çox diqqət ayırmalıdır”


 

“ABŞ Konqresi Azərbaycanla əlaqələrə daha çox diqqət ayırmalıdır”<b style="color:red"></b>

“Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir.

 ABŞ Konqresi bu ölkə ilə əlaqələrə daha çox diqqət ayırmalıdır”. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forumda iştirak edən ABŞ-ın keçmiş energetika naziri, Nyu Meksoko ştatının sabiq qubernatoru Bill Riçardson deyib.
 
O, Azərbaycanı ABŞ-ın müttəfiqi adlandırıb: “Xəzər regionunda Azərbaycanın rolu çox mühümdür”.
 
Sabiq nazir Azərbaycanın böyük sürətlə modernləşdiyini bildirib: “ABŞ bu məsələdə istənilən dəstəyi göstərməyə hazırdır. Təbii ki, energetika münasibətlərimizin təməl nöqtəsidir. Amma bu başlanğıcdır, biz münasibətlərimizi daha da genişləndirməli və diversifikasiya etməliyik”.

 





29.05.2013    çap et  çap et