525.Az

İraq Kürdüstanındakı referendumda seçici fəallığı 78 faiz təşkil etdi


 

İraq Kürdüstanındakı referendumda seçici fəallığı 78 faiz təşkil etdi <b style="color:red"></b> Sentyabrın 25-də İraq Kürdüstanında keçirilən referendumunda seçici fəallığı məlum olub.
 
APA-nın “RTE”-yə istinadən verdiyi xəbərə görə, referendumda 3 305 925 nəfər səs verib.
 
Beləliklə, seçici fəallığı 78 faizə yaxın olub. Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib.
 
Qeyd edək ki, ötən gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib.
 





26.09.2017    çap et  çap et