525.Az

"Məşhurlar və övladları" təqdim edildi


 

"Məşhurlar və övladları" təqdim edildi<b style="color:red"></b>

Heydər Əliyev Sarayında yeni bir layihə "Məşhurlar və övladları" adlı konsert proqramı təqdim olunub.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə keçirilən layihədə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Çingiz Əhmədov, Yadigar Muradov, Rəna Talıbova, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Eldəniz Məmmədov və övladları iştirak ediblər.

Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə "Şuşanın səsi" instrumental ansamblı müşayiət edib.

Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev və Nadir Qafarzadə çıxış ediblər.

 

 





26.09.2017    çap et  çap et