525.Az

"Turizm həftə"si başlandı


 

"Turizm həftə"si başlandı<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm Günü ilə əlaqədar olaraq "Turizm həftəsi" elan edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, artıq bu gündən başlanılan "Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə "Ümid yeri" uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

Ekskursiyalar sentyabrın 25-də Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, sentyabrın 26-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, sentyabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinə, sentyabrın 28-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə və sentyabrın 29-da isə Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

Həmçinin, idarənin 27 sentyabr - Beynəlxalq Turizm Günü ilə əlaqədar şəbəkəyə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, "dəyirmi masa"lar, ekskursiyalar, "Açıq qapı" günlərinin təşkili də nəzərdə tutulur.

 

 





26.09.2017    çap et  çap et